OdooSilver Partner Ödənişsiz demo

ERP Sistemlərin Tətbiqi

Xidmətlər

Şirkətinizin bütün resurslarını (maliyyə, anbar, satış, insan resursları) tək bir mərkəzdən idarə edin. Biz Odoo sisteminin rəsmi partnyoru olaraq sizə ən uyğun ERP həllini təklif edirik.

Bir sistemdə

  • Tam avtomatlaşdırılmış anbar uçotu
  • CRM və Satış idarəetməsi
  • Maliyyə və Mühasibatlıq inteqrasiyası
Qənaətinizi hesablayın

ERP tətbiqi və əlaqəli xidmətlər

Əsas istiqamət

ERP həlləri

Biznes analizi, konfiqurasiya, 1C və Excel-dən məlumat köçürmə, təlim və dəstək: kiçik və orta şirkətlər üçün Odoo-nu başdan sona tətbiq edirik.

Başlamaq üçün çox vaxt 2-3 modul kifayət edir. Sistem işə düşdükdən və komanda öyrəşdikdən sonra yeni modullar əlavə olunur.

16 Odoo moduluna baxın

Biznes analizi

Proseslərinizi, sənəd dövriyyənizi və hesabat ehtiyaclarınızı öyrənir, nəyin standart Odoo ilə, nəyin əlavə işlə həll olunduğunu yazırıq.

Analiz istəyin

Mobil həllər

Rəhbər, satış nümayəndəsi və anbardar masa arxasında olmayanda da Odoo-da işləyir.

Mobil tətbiq

IT həlləri və POS

Yerləşdirmə (Odoo Online, Odoo.sh və ya öz serveriniz), inteqrasiyalar və Odoo ilə işləyən POS avadanlığı.

POS avadanlığı

Tədbirlər

ERP və rəqəmsal transformasiya tədbirlərində fəallıq: 2025-ci ilin noyabrında «Data, ERP və Süni İntellekt Zirvəsi»nin həmtəşkilatçısı olmuşuq.

Media

Tətbiq etdiyimiz 16 modul

Hər modul ayrıca da işləyir, birlikdə isə şirkətin bütün proseslərini bir sistemdə birləşdirir. Başlamaq üçün çox vaxt 2-3 modul kifayət edir.

İnsan resursları

HR və işçi idarəetməsi

Yeni işçi sisteme əlavə edilir - sənədlər yüklənir, onboarding tapşırıqları avtomatik paylanır, təlim cədvəli formalaşır. Vəzifə dəyişiklikləri, maaş yeniləmələri…

İnsan resursları

Məzuniyyət və davamiyyət

İşçi mobil tətbiqdən məzuniyyət sorğusu göndərir. Sistem balansı avtomatik yoxlayır, rəhbərə bildiriş göndərir, rəhbər bir klikdə təsdiq/rədd edir. Siyahı avtomatik…

İnsan resursları

Əmək haqqı

Hər işçi üçün maaş strukturu bir dəfə konfiqurasiya edilir. Ay sonunda sistem bütün işçilər üçün hesablamanı avtomatik aparır - davamiyyət, əlavə saatlar, mükafatlar…

İnsan resursları

İşə qəbul

Vakansiya açılır, avtomatik sayta, LinkedIn-ə, iş portallarına yayımlanır. Gələn müraciətlər kanban görünüşündə sıralanır. Müsahibə planlaşdırılır, rəy komandanın daxil…

Odoo tətbiqi necə aparılır

Layihənin müddəti modulların və istifadəçilərin sayından, köçürüləcək məlumatın həcmindən və fərdi tələblərdən asılıdır.

  1. Biznes analizi

    Proseslərinizi, sənəd dövriyyənizi və hesabat ehtiyaclarınızı öyrənirik. Nəticədə yazılı sənəd hazırlanır: hansı modullar lazımdır, nə standart Odoo ilə, nə isə əlavə işlə həll olunur.

  2. Konfiqurasiya

    Modulları şirkətinizin qaydalarına uyğun qururuq: məhsul kateqoriyaları, anbarlar, qiymət siyahıları, təsdiq marşrutları, istifadəçi rolları.

  3. Məlumatların köçürülməsi

    Müştəri və tədarükçü bazasını, nomenklaturanı, qalıqları və açıq borcları 1C-dən, Excel-dən köçürür, sonra sizinlə birlikdə yoxlayırıq.

  4. Təlim

    Mühasib mühasibat hissəsini, anbardar anbar əməliyyatlarını, menecer satış və CRM-i öyrənir.

  5. Sistemin işə salınması

    Sistemi real iş rejiminə keçiririk və ilk həftələrdə komandanın yanında oluruq.

  6. Dəstək

    Tətbiqdən sonra da dəstək veririk, yeni modullar əlavə edir və sistemi inkişaf etdiririk.

Hansı modullarla başlamaq lazımdır?

Ödənişsiz ilkin analizdə proseslərinizə baxıb başlanğıc üçün uyğun modulları təklif edirik.

Ödənişsiz demo