ROI kalkulyatoru: Odoo-ya qoyulan vəsait nə vaxt geri qayıdır?
Üç addımda hazırkı xərclərinizi, itkilərinizi və Odoo xərclərini yazın. Nəticə dərhal yenilənir; dəqiq hesabı ödənişsiz ilkin analizdə birlikdə çıxarırıq.
Fayda nədən yaranır
Xərcə tətbiq, hostinq, Odoo lisenziyası və aylıq dəstək daxildir. Tətbiqin ilk 3 ayında fayda sayılmır, nəticə 5 il üzrə hesablanır.
Əvəzlənən proqramlar
Uçot, CRM, onlayn mağaza, kassa və HR proqramlarına, ayrıca serverə və xarici IT xidmətinə gedən aylıq ödənişlər bir sistemlə əvəzlənir.
Geri qazanılan satış
Real vaxt qalıqları, CRM xatırlatmaları və vahid müştəri tarixçəsi ilə stokda qalmayan məhsul və cavabsız qalan sorğu azalır.
Azalan ziyan və gecikmə
Satış tarixçəsinə əsaslanan proqnoz və avtomatik sifariş qaydaları ilə son istifadə tarixi keçən mal və gecikən xidmət azalır.
Əl ilə işə gedən saatlar
Məlumatın təkrar daxil edilməsi, Excel-də hesabat yığmaq və sənəd axtarmaq üçün sərf olunan saatlar azad olur.
Lisenziya: istifadəçi başına ildə 196,80 $, 1 $ = 1,70 ₼ ilə hesablanır. Odoo-nun rəsmi qiymətləri: odoo.com/pricing (yeni pəncərədə açılır).
Odoo ERP özünü nə vaxt ödəyir?
Kalkulyator Odoo ERP-yə qoyulan vəsaitin geri ödəmə müddətini, 5 illik ROI-ni və tətbiqdən sonrakı illik faydanı hesablayır. Fayda dörd mənbədən yaranır: Odoo-nun əvəz etdiyi proqram və xidmətlər, geri qazanılan satış, azalan məhsul ziyanı və gecikmələr, əl ilə işə sərf olunan saatlar. Xərc tərəfində tətbiq, hostinq, Odoo lisenziyası və aylıq dəstək var.
Şirkətinizin ölçüsünü seçin - kalkulyator həmin ölçü üçün nümunə rəqəmlər təklif edir. Rəqəmləri öz məlumatlarınızla dəyişin və üç ssenarini (ehtiyatlı, real, optimist) müqayisə edin. Detallı hesabatı çap edə, PDF kimi saxlaya və ya fayl kimi yükləyə bilərsiniz.
Rəqəmləri birlikdə dəqiqləşdirək
Ödənişsiz ilkin analizdə hesabı sizin real məlumatlarınızla aparırıq. "Təklif al" düyməsi hesablamanızı formanın qeydinə yazır.
- Proseslərinizə uyğun Odoo nümayişi
- Hansı modulların lazım olduğuna dair tövsiyə
- Təxmini müddət və tətbiq planı
- Heç bir öhdəlik yoxdur
Və ya bizə yazın / zəng edin: WhatsApp ·
+994 50 201 95 44 · [email protected]
B.e. - Cümə 09:00 - 18:00, Şənbə 10:00 - 15:00
