OdooSilver Partner Ödənişsiz demo

Anbar uçotu proqramı - Odoo Anbar modulu

Real vaxt inventar nəzarəti - itən məhsul, bilinməyən stok yoxdur

Kimə uyğundur?

Anbar müdirilogistika rəhbərisatınalma şöbəsipərakəndə və topdan ticarət şirkətləri

Niyə lazımdır?

Anbar idarəetməsindəki boşluqlar - artıq ehtiyat saxlamaq, stok bitməsi, itən məhsullar - birbaşa maliyyə itkisinə çevrilir. Odoo Anbar Modulu bütün hərəkətləri izləyir, avto-sifariş qaydaları qurur və barkod ilə sürətli qəbul/buraxılış prosesini təmin edir.

Necə işləyir?

Hər məhsul girib-çıxdıqda sistem avtomatik yenilənir. Lot, seriya nömrəsi, bitmə tarixi ilə izlənən məhsullar üçün tam tarixçə saxlanılır. Stok müəyyən həddə düşdükdə avtomatik satınalma sifarişi yaranır.

Əsas xüsusiyyətlər

  • Real vaxt stok vəziyyəti - hər anbarda, hər məhsul üzrə
  • Lot nömrəsi, seriya nömrəsi, bitmə tarixi uçotu
  • Çoxlu anbar: mərkəzi anbar, filiallar, nümayiş zalı arasında köçürmə
  • Barkod skanerli qəbul, yoxlama, çatdırılma axını
  • Avtomatik ehtiyat tamamlama qaydaları (min/maks stok səviyyəsi)
  • Məhsulun anbar daxili hərəkəti (put-away qaydaları, raf idarəsi)
  • Geri qaytarma (returns) və qaydaya salma prosesləri
  • İllik inventarizasiya - sistem hesabı fiziki sayla müqayisə edir
  • Satınalma, satış, istehsal modulları ilə tam sinxronizasiya
  • Anbar performans hesabatları: dövr hərəkəti, itki analizi

Ödənişsiz demo istəyin

Formu doldurun - mütəxəssisimiz sizinlə əlaqə saxlayıb Odoo demosunu biznesinizin proseslərinə uyğun hazırlayacaq.

  • Proseslərinizə uyğun Odoo nümayişi
  • Hansı modulların lazım olduğuna dair tövsiyə
  • Təxmini müddət və tətbiq planı
  • Heç bir öhdəlik yoxdur
Odoo Silver PartnerRəsmi Odoo Silver Partner
  • 28 müştəri referansı (odoo.com, 05.10.2026)
  • 88% müştəri saxlama göstəricisi (odoo.com, 05.10.2026)
  • 4 sertifikatlı Odoo v18 eksperti (odoo.com, 05.10.2026)
Arter-in odoo.com profilinə baxın

Və ya bizə yazın / zəng edin: WhatsApp · +994 50 201 95 44
B.e. - Cümə 09:00 - 18:00, Şənbə 10:00 - 15:00

Maraqlandığınız modullar

Məlumatlarınız yalnız sorğunuzu cavablandırmaq üçün istifadə olunur. Məxfilik siyasəti

Əlaqəli modullar

Maliyyə və əməliyyatlar

Mühasibat

Mühasibat modulu qanunvericiliyin tələblərinə tam cavab verən, müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mərkəzləşdirilmiş uçotunu, vergi hesablamalarını və…

Maliyyə və əməliyyatlar

Satınalma

Nəzarətsiz satınalma prosesi həm artıq xərclərə, həm də gecikmiş çatdırılmalara gətirib çıxarır. Odoo Satınalma Modulu hər satınalma qərarını sənədləşdirir, rəhbər…

Maliyyə və əməliyyatlar

İstehsal

Müştəri sifarişi gəldikdə sistem hansı materialların lazım olduğunu (BoM-a əsasən) avtomatik hesablayır, istehsal əmri yaradır və iş stansiyalarına tapşırıq göndərir…

Ödənişsiz demo