Şirkətinizin bütün resurslarını (maliyyə, anbar, satış, insan resursları) tək bir mərkəzdən idarə edin. Biz Odoo sisteminin rəsmi partnyoru olaraq sizə ən uyğun ERP həllini təklif edirik.
Mühasibat modulu qanunvericiliyin tələblərinə tam cavab verən, müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mərkəzləşdirilmiş uçotunu, vergi hesablamalarını və rəsmi hesabatlılığını təmin edən kompleks sistemdir.
ƏtraflıAnbar idarəetməsindəki boşluqlar — artıq ehtiyat saxlamaq, stok bitməsi, itən məhsullar — birbaşa maliyyə itkisinə çevrilir. Odoo Anbar Modulu bütün hərəkətləri izləyir, avto-sifariş qaydaları qurur və barkod ilə sürətli qəbul/buraxılış prosesini təmin edir.
ƏtraflıSatış prosesinin müxtəlif alətlərə — Excel, e-poçt, ayrı faktura proqramı — bölünməsi həm vaxt itkisinə, həm də komanda daxilində məlumat uyğunsuzluğuna gətirib çıxarır. Odoo Satış Modulu müştəri sorğusundan fakturaya qədər hər addımı bir axında birləşdirir.
ƏtraflıSatış fürsətlərini izləmək üçün Excel istifadə etmək — yaddaşa etibar etmək kimidir. Müştəri zənglərini, görüşləri, e-poçtları ayrı-ayrı saxlamaq isə komanda daxilindəki koordinasiyanı çətinləşdirir. CRM modulu bütün bu məlumatları birləşdirir və satış komandanızın daha çox sövdələşmə bağlamasına şərait yaradır.
ƏtraflıNəzarətsiz satınalma prosesi həm artıq xərclərə, həm də gecikmiş çatdırılmalara gətirib çıxarır. Odoo Satınalma Modulu hər satınalma qərarını sənədləşdirir, rəhbər təsdiqi tələb edir və ən sərfəli tədarükçü seçimini asanlaşdırır.
ƏtraflıMüştəri sifarişi gəldikdə sistem hansı materialların lazım olduğunu (BoM-a əsasən) avtomatik hesablayır, istehsal əmri yaradır və iş stansiyalarına tapşırıq göndərir. İşçilər planşetdən istehsal addımlarını qeyd edir, sistem icranı real vaxtda izləyir.
ƏtraflıLayihə açılır, mərhələlər (milestones) müəyyən edilir, tapşırıqlar komanda üzvlərinə paylanır. Hər işçi gündəlik vaxt uçotu aparır. Müştəriyə avtomatik hesabat göndərilir. Faktura vaxt jurnalına əsasən kəsilir.
ƏtraflıYeni işçi sisteme əlavə edilir — sənədlər yüklənir, onboarding tapşırıqları avtomatik paylanır, təlim cədvəli formalaşır. Vəzifə dəyişiklikləri, maaş yeniləmələri, şirkətin struktur sxemi — hamısı bir kliklə yenilənir.
Ətraflıİşçi mobil tətbiqdən məzuniyyət sorğusu göndərir. Sistem balansı avtomatik yoxlayır, rəhbərə bildiriş göndərir, rəhbər bir klikdə təsdiq/rədd edir. Siyahı avtomatik yenilənir, iş günü təqviminə işarə qoyulur.
ƏtraflıHər işçi üçün maaş strukturu bir dəfə konfiqurasiya edilir. Ay sonunda sistem bütün işçilər üçün hesablamanı avtomatik aparır — davamiyyət, əlavə saatlar, mükafatlar, kəsintilər nəzərə alınır. Payslip hazırlanır, işçiyə göndərilir.
ƏtraflıVakansiya açılır, avtomatik sayta, LinkedIn-ə, iş portallarına yayımlanır. Gələn müraciətlər kanban görünüşündə sıralanır. Müsahibə planlaşdırılır, rəy komandanın daxil etdiyi qeydlər əsasında formalaşır. Seçilən namizəd bir kliklə işçiyə çevrilir.
ƏtraflıAyrı e-ticarət platforması ilə ERP sistemini sinxronizasiya etmək çox vaxt çətin, xətaya meyilli və bahalı olur. Odoo-nun e-ticarət modulu saytınızı birbaşa ERP-ə bağlayır: stok, qiymət, sifariş — hamısı real vaxtda uyğun olur.
Ətraflı