Mühasibat Modulu

Mühasibat Modulu

Mühasibat Modulu

Mühasibat Modulu Nədir və Niyə Vacibdir?

Dəqiq mühasibat uçotu hər bir müəssisənin qan damarı və hüquqi təhlükəsizliyinin qarantıdır. Mühasibat modulu qanunvericiliyin tələblərinə tam cavab verən, müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mərkəzləşdirilmiş uçotunu, vergi hesablamalarını və rəsmi hesabatlılığını təmin edən kompleks sistemdir.

Arter olaraq təqdim etdiyimiz Mühasibat həlli həm yerli vergi qanunvericiliyinə, həm də beynəlxalq standartlara (MHBS) uyğunlaşdırıla bilən çevik infrastruktura malikdir. Elektron qaimələrdən tutmuş DSMF hesablamalarına qədər bütün prosesləri vahid mərkəzdən idarə edərək həm hesabatlılığı asanlaşdırır, həm də mümkün cərimə risklərini sıfıra endirirsiniz.


Əsas xüsusiyyətlər aşağıdakılardır:

  • Gündəlik Uçot və Əməliyyatlar:

    • Kassa və Bank Əməliyyatları: Nağd və nağdsız hərəkətlərin, bank çıxarışlarının qeydiyyatı.

    • Uçot Sistemi: Genişləndirilmiş Hesablar planı, əməliyyat şablonlarının tətbiqi və avtomatlaşdırılmış mühasibat yazılışları (müxabirləşmələr).

  • Vergi və E-Qaimə İdarəetməsi:

    • Elektron Qaimələr: E-qaimələr üzrə əməliyyatların sistemə inteqrasiyası və uçotu.

    • ƏDV İdarəetməsi: Müxtəlif ƏDV faiz dərəcələrinin əməliyyatlara tətbiqi, ƏDV əməliyyatlarının uçotu və ƏDV üzrə hesabatların formalaşdırılması.

  • Valyuta Əməliyyatları:

    • Çoxvalyutalılıq: Çoxlu valyuta ilə işləmə və əməliyyatların icrası.

    • Valyuta Qiymətləndirməsi: Dövr sonu və ya əməliyyat anında məzənnə fərqlərinin avtomatik hesablanması.

  • Kadr Uçotu:

    • Əməkhaqqı və DSMF: İşçilərin əməkhaqqı hesablamaları, tutulmalar və DSMF (Dövlət Sosial Müdafiə Fondu) üzrə uçotun aparılması.

  • Dövrün İdarə Edilməsi və Hesabatlar:

    • Dövrün Bağlanması: Günün, ayın və ilin avtomatik bağlanması prosesləri (gəlir/xərc hesablarının sıfırlanması).

    • Maliyyə Hesabatları: Balans, Mənfəət və Zərər, Kapitalda dəyişikliklər, Pul vəsaitlərinin hərəkəti (Cash Flow) və Dövriyyə cədvəlinin çıxarılması.

    • Analitik Hesabatlar: Müvafiq mühasibat və vergi uçotu hesabatları, həmçinin rəhbərliyin istəyinə müvafiq fərdiləşdirilmiş digər analitik hesabatlar.

Modulun Üstünlükləri:

Yerli Qanunvericiliyə Uyğunluq

ƏDV, DSMF və elektron qaimə kimi proseslərin yerli tələblərə tam cavab verməsi şirkətinizi vergi risklərindən qoruyur.

Mürəkkəb Proseslərin Avtomatlaşdırılması

Valyuta fərqlərinin hesablanması, ayın/ilin bağlanması və müxabirləşmələrin avtomatik aparılması mühasiblərin iş yükünü kəskin azaldır.

Şəffaf Maliyyə Mənzərəsi

İstənilən an çıxarıla bilən dövriyyə cədvəli və müfəssəl hesabatlar rəhbərliyə şirkətin real mənfəət və zərərini dəqiq təhlil etməyə imkan verir.

Bu Xidmətlə Bağlı Suallar

Sistemdə Elektron Qaimələr (e-qaimə) ilə işləmək mümkündürmü?

Bəli, modul elektron qaimələr üzrə əməliyyatları tam dəstəkləyir. Alış və satış e-qaimələrini sistemdə asanlıqla qeydiyyata ala və mühasibat yazılışlarına avtomatik çevirə bilərsiniz.

Ayın və ya İlin bağlanması prosesi necə həyata keçirilir?

Sistemdə "Günün, ayın/ilin bağlanması" üçün xüsusi avtomatlaşdırılmış funksionallıq mövcuddur. Bu əməliyyatla gəlir və xərc hesabları müvafiq maliyyə nəticəsi hesablarına bağlanır və növbəti dövr üçün mənzərə təmizlənir.

Fərqli ƏDV dərəcələri tətbiq edə bilərəmmi?

Tamamilə. Sistem fərqli ƏDV faiz dərəcələrini (məsələn, 18%, 0% və ya ƏDV-dən azad) dəstəkləyir və hər bir əməliyyat növünə uyğun vergi dərəcəsini sərbəst şəkildə tətbiq edərək hesabatları formalaşdırmağa imkan verir.

Valyuta məzənnəsi dəyişdikdə sistem fərqləri özü hesablayır?

Bəli, "Valyuta qiymətləndirmə" xüsusiyyəti sayəsində çoxvalyutalı əməliyyatlarda yaranan müsbət və ya mənfi məzənnə fərqləri avtomatik hesablanır və müvafiq gəlir/xərc hesablarına yönləndirilir.

Sistemdə öz biznesimə özəl hesabatlar yarada bilərəmmi?

Əlbəttə. Standart mühasibat (Balans, Mənfəət/Zərər və s.) hesabatlarından əlavə, modul "İstəyə müvafiq digər analitik hesabatlar"ın fərdiləşdirilməsinə və yaradılmasına tam şərait yaradır.

Biznesinizi Avtomatlaşdırmağa Hazırsınız?

Əlaqə Saxla