Reklam istehsalı
Təchizat Zəncirinin İdarəetmə Sistemi
Layihə haqqında
“N-Advert” reklam məhsullarının istehsalı, xüsusilə açıq hava reklamının dizaynı üzrə ixtisaslaşır. «Reklam ticarətin mühərrikidir» devizi ilə çıxış edən şirkət müştəri məmnuniyyətinə fokuslanır və keyfiyyəti ilə seçilən məhsullar istehsal edir. Eyni zamanda, ekspert komandası ilə innovativ məhsullar və yaradıcı ideyalar axtaran şirkətlərə xidmət göstərməyə davam edir.
“N-Advert” ilə ilk görüşdən sonra komandamız şirkətin mövcud vəziyyətini təhlil etdi və müvafiq təqdimat keçirdi. Ofisimizə gələn “N-Advert” komandası geniş təqdimat vasitəsilə proqram təminatı ilə tanış oldu və suallarına cavab aldı. Aparılan danışıqlar nəticəsində iki şirkət arasında qarşılıqlı razılıq əldə olundu və layihəyə start verildi.
“Avropa Yenidənqurma və İnkişaf Bankı”nın maliyyə dəstəyi ilə həyata keçirilən ERP layihəsi çərçivəsində şirkətimiz “N-Advert” üçün aşağıdakı funksionallığa malik proqram təminatı quraşdırdı:
- Anbar uçotu modulu
- Satış uçotu modulu
- CRM
- Maliyyə uçotu modulu
- Əmək haqqı və bonuslar modulu
- Mühasibat uçotu modulu
- Layihələrin idarə edilməsi modulu
- Təkliflərin və smetaların idarə edilməsi modulu
- İstehsal prosesinin idarə edilməsi modulu
Funksionallıq tətbiq olunduqdan sonra şirkət anbarını asanlıqla idarə edə və müştəri sorğularına cavab olaraq təklifləri tez və operativ göndərə bildi. Təkliflərin statusunu izləmək imkanı sayəsində daxili CRM sistemi quruldu. Layihə boyunca şirkətin təsisçisi və direktoru Namiq Nəbiyevin təqdim etdiyi xüsusi düsturlar əsasında “N-Advert” üçün fərdi hesabat şablonları hazırlandı. Nəticədə şirkət layihələrin gəlirliliyini ölçmək, əlavə xərcləri azaltmaq və istehsal prosesini optimallaşdırmaq imkanı əldə etdi.
Ölkədə biznes mühitinin inkişafına verdiyi töhfəyə və keyfiyyətli məhsulları ilə seçildiyinə görə “N-Advert”ə təşəkkür edirik. Əməkdaşlığımızdan məmnunuq!
