HR Modulu — İşçi İdarəetməsi

HR Modulu — İşçi İdarəetməsi

İnsan kapitalını mərkəzləşdirilmiş sistemdə idarə edin

Niyə lazımdır?

İşçi məlumatları müxtəlif yerlərdə saxlananda — Excel, email, fiziki qovluqlar — onboarding, vəzifə dəyişiklikləri, müqavilə yeniləmələri hərc-mərc olur. HR Modulu bütün işçi məlumatlarını vahid rəqəmsal bazada saxlayır.

Kimə uyğundur?

HR şöbəsi, insan resursları meneceri, şirkət rəhbərliyi, hüquq şöbəsi

Necə işləyir?

Yeni işçi sisteme əlavə edilir — sənədlər yüklənir, onboarding tapşırıqları avtomatik paylanır, təlim cədvəli formalaşır. Vəzifə dəyişiklikləri, maaş yeniləmələri, şirkətin struktur sxemi — hamısı bir kliklə yenilənir.

Əsas xüsusiyyətlər:

  • İşçi profili: şəxsi, iş, maliyyə məlumatları vahid kartda
  • Sənəd idarəsi: müqavilə, şəxsiyyət, diplom, sertifikatlar
  • Şirkət struktur sxemi — idarəetmə iyerarxiyası vizual
  • Vəzifə tarixi — şirkətdəki bütün rol dəyişiklikləri
  • Onboarding axını — yeni işçi üçün tapşırıq siyahısı avtomatik yaranır
  • Offboarding prosesi — çıxışda sənədlər, avadanlıq geri alımı
  • Fərdi inkişaf planları (IDP) — məqsəd və inkişaf addımlarının izlənməsi
  • İşçi sorğu formaları — məzuniyyət, avans, icraat online
  • Şirkət daxili xəbərdarlıqlar və bildirişlər
  • Payroll modulu ilə tam sinxronizasiya

Biznesinizi Avtomatlaşdırmağa Hazırsınız?

Əlaqə Saxla