Mobil satış
Ölçə bilmədiyimiz şeyləri idarə edə bilmərik. Mobil satış sistemi ilə
siz mərkəz anbardan məhsulun satış anına qədər olan prosesi izləyə və ölçə biləcəksiniz.
Avtomatlaşdırılmış bu sistem vasitəsilə paylama şəbəkələrindəki satış məlumatlarına nəzarət edəcəksiniz. Qida,
tikinti materialları, sığorta, dərman və s. kimi davamlı məlumat axışını tələb
edən və sahə satışı həyata keçirən sektorlar üçün xərclərin minimuma endirilməsi
və məhsuldarlığın artırılmasına əhəmiyyətli təsiri olan bir sistemdir. Online
Sahə Satış tətbiqi sayəsində, satış təmsilçisi ilə mərkəz arasındakı məlumat
mübadiləsi mobil terminallar üzərindən həyata keçirilir. İş ehtiyaclarına bağlı
olaraq PDA, Handheld PC, dizüstü kompüter, cib telefonu kimi terminallar vasitəsilə
mövcud rabitə növləri üzərindən ötürülməsi mümkündür.
ü Nəticə olaraq
aşağıdakı problemlər həll olur:
ü Məhsulun hansı
mağazaya, nə qədər, hansı qiymətə satıldığı izlənilə bilir.
ü Satış nümayəndələri
sahədəki satış toplama məlumatlarını əl ilə həyata keçirmir.
ü Alınan sifarişlər
dərhal mərkəzə ötürülür.
ü Əməliyyat səhvlərinin
qarşısı alınır.
ü Doğru satış
strategiyaları müəyyənləşir.
ü Faydalı iş əmsalı
artır.
ü Diler paylama
sistemi ilə bütün satış məlumatlarınızı və satış təmsilçilərinizin sahədəki fəaliyyətlərindən
xəbərdar olursunuz.
ü Distribyutor
satışlarına nəzarət edirsiniz.
ü Bu məlumatlar əsasında
ən uyğun satış strategiyalarını müəyyən edir və mərkəzi idarəetmə strukturuna
sahib olursunuz.
Ø Mövcud vəziyyətin analiz olunması
Ən optimal həllin tapılması
üçün müəssisədəki mövcüd vəziyyət ilkin formada analiz olunur. Analiz sayəsində
müəssisənin ERP sisteminə olan ehtiyyacları, məhsuldarlığı azaldan amillər,
böyüməsinə maneə yaradan əngəllər və s. təyin edilir. Analiz nəticəsində isə
uyğun həll təklifləri verilir.Müəssisələrdə ERP tətbiqlərində əsas məsələ tətbiq
olunan proqramın müəssisəyə uğunlaşdırılmasıdır ki, Proqram təminatının yerli
proqramçılar tərəfindən yazılması və yerli xidmətinin olması bu uyğunlaşdırma
prosesini asanlaşdırır.
Ø Kadr potensialının analiz olunması
Lahiyə hazırlanarkən proqram təminatının istifadəçiləri
ilə görüşülür və onlara həm nəzəri, həm də praktiki formada proqram izah
edilir. Eyni zamanda istifadəçilərin proqramı idarəetmə bacarığı ölçülür. Lazım
gələrsə, texniki ön məlumatlar da verilir. Əgər kadrlarda proqram idarəetməsi
üçün yetərsizlik olarsa, uyğun tövsiyələr verilir.
Ø Təlimlərin verilməsi,
sistem sazlanması və üstünlükləri
ü Layihə başlamadan əvvəl məhsuldar şəxslə görüşülür
və ümumi proses izah edilir. Layihə başlandıqdan sonra təyin edilmiş layihə
müddəti ərzində müəssisənin idarəçi və işçi komandası üçün praktiki təlimlər təşkil
edilir. Təlimdə istifadəçilər proqram təminatının interfeysi ilə tanış olur,
müxtəlif əməliyyatları yerinə yetirmək üçün lazımi əmrləri icra edirlər. Artıq
2-ci təlimdən başlayaraq istifadəçilər real işlərini həyata keçirə bilirlər.
ü Təlimlər vasitəsilə proqram təminatı ilə tanış
olmuş istifadəçilərin rəylərinə və tələblərinə əsasən proqamda müxtəlif
sazlamalar və dəyişikliklər edilir. Bununla da proqram təminatı müəssisə üçün
tam funksional vəziyyətə gətirilir.
ERP sistemin köməyi ilə siz aşağıdakı həlləri(üstünlükləri)
qazanmış olursunuz:
ü Ən az vaxt itkisi - sifariş / məhsul tədarükü /
qaimələmə / gün sonu əməliyyatları
ü Sahədən məlumatların anlıq olaraq mərkəzə
çatdırılması
ü Avtomobildə qaimələmə ilə isti satış imkanı
ü Əl terminalı vasitəsilə məlumat girişi sayəsində
azalan sənəd işi
ü Səhvsiz əməliyyatlar
ü Anbar təqibi
ü Doğru satış məlumatlarını əldə etmə
ü Təşviqi fəaliyyətləri planlaşdırma
ü Güclü analiz infrastrukturu
Sistemin
təhvil – təslim olunması
ü Layihə müddəti başa çatdıqdan sonra müəyyən gün təyin
edilir. Həmin gün ərzində proqram təminatının funkionallığı izlənilir. Layihə
qiymətləndirilir, yekun rəy verilir və rəsmi olaraq layihənin yerinə yetirilməsi
təsdiq edilir. Son olaraq təhvil-təslim aktı təqdim olunur.
ü Sonrakı proses üçün isə “davamlı dəstək xidməti” təklif
olunur. Bu xidmət sayəsində istifadəçilərin proqramla bağlı çətinlikləri,
yaradılmış xətalar, nasazlıqlar tez zamanda aradan qaldırılır.