Bakı şəhəri, Nərimanov rayonu, Afen Plaza 3-cü mərtəbə

Arter - Professional Biznes Həlləri

200
Xoşbəxt Müştəri
250
Təhvil verilmiş Layihə
25
Təcrübəli Mütəxəssis
75
Təşkil Edilmiş Tədbir

Biznesiniz üçün Xidmətlərimiz

Mobil həllər



Mobil satış

Ölçə bilmədiyimiz şeyləri idarə edə bilmərik. Mobil satış sistemi ilə siz mərkəz anbardan məhsulun satış anına qədər olan prosesi izləyə və ölçə biləcəksiniz. Avtomatlaşdırılmış bu sistem vasitəsilə paylama şəbəkələrindəki  satış məlumatlarına nəzarət edəcəksiniz. Qida, tikinti materialları, sığorta, dərman və s. kimi davamlı məlumat axışını tələb edən və sahə satışı həyata keçirən sektorlar üçün xərclərin minimuma endirilməsi və məhsuldarlığın artırılmasına əhəmiyyətli təsiri olan bir sistemdir. Online Sahə Satış tətbiqi sayəsində, satış təmsilçisi ilə mərkəz arasındakı məlumat mübadiləsi mobil terminallar üzərindən həyata keçirilir. İş ehtiyaclarına bağlı olaraq PDA, Handheld PC, dizüstü kompüter, cib telefonu kimi terminallar vasitəsilə mövcud rabitə növləri üzərindən ötürülməsi mümkündür.

ü Nəticə olaraq aşağıdakı problemlər həll olur:

ü Məhsulun hansı mağazaya, nə qədər, hansı qiymətə satıldığı izlənilə bilir.

ü Satış nümayəndələri sahədəki satış toplama məlumatlarını əl ilə həyata keçirmir.

ü Alınan sifarişlər dərhal mərkəzə ötürülür.

ü Əməliyyat səhvlərinin qarşısı alınır.

ü Doğru satış strategiyaları müəyyənləşir.

ü Faydalı iş əmsalı artır.

ü Diler paylama sistemi ilə bütün satış məlumatlarınızı və satış təmsilçilərinizin sahədəki fəaliyyətlərindən xəbərdar olursunuz.

ü Distribyutor satışlarına nəzarət edirsiniz.

ü Bu məlumatlar əsasında ən uyğun satış strategiyalarını müəyyən edir və mərkəzi idarəetmə strukturuna sahib olursunuz.

 

Ø Mövcud vəziyyətin analiz olunması

Ən optimal həllin tapılması üçün müəssisədəki mövcüd vəziyyət ilkin formada analiz olunur. Analiz sayəsində müəssisənin ERP sisteminə olan ehtiyyacları, məhsuldarlığı azaldan amillər, böyüməsinə maneə yaradan əngəllər və s. təyin edilir. Analiz nəticəsində isə uyğun həll təklifləri verilir.Müəssisələrdə ERP tətbiqlərində əsas məsələ tətbiq olunan proqramın müəssisəyə uğunlaşdırılmasıdır ki, Proqram təminatının yerli proqramçılar tərəfindən yazılması və yerli xidmətinin olması bu uyğunlaşdırma prosesini asanlaşdırır.

 

Ø Kadr potensialının analiz olunması

Lahiyə hazırlanarkən proqram təminatının istifadəçiləri ilə görüşülür və onlara həm nəzəri, həm də praktiki formada proqram izah edilir. Eyni zamanda istifadəçilərin proqramı idarəetmə bacarığı ölçülür. Lazım gələrsə, texniki ön məlumatlar da verilir. Əgər kadrlarda proqram idarəetməsi üçün yetərsizlik olarsa, uyğun tövsiyələr verilir.

 

Ø Təlimlərin verilməsi, sistem sazlanması və üstünlükləri

ü Layihə başlamadan əvvəl məhsuldar şəxslə görüşülür və ümumi proses izah edilir. Layihə başlandıqdan sonra təyin edilmiş layihə müddəti ərzində müəssisənin idarəçi və işçi komandası üçün praktiki təlimlər təşkil edilir. Təlimdə istifadəçilər proqram təminatının interfeysi ilə tanış olur, müxtəlif əməliyyatları yerinə yetirmək üçün lazımi əmrləri icra edirlər. Artıq 2-ci təlimdən başlayaraq istifadəçilər real işlərini həyata keçirə bilirlər.

 

ü Təlimlər vasitəsilə proqram təminatı ilə tanış olmuş istifadəçilərin rəylərinə və tələblərinə əsasən proqamda müxtəlif sazlamalar və dəyişikliklər edilir. Bununla da proqram təminatı müəssisə üçün tam funksional vəziyyətə gətirilir.

 

 

ERP sistemin köməyi ilə siz aşağıdakı həlləri(üstünlükləri) qazanmış olursunuz:

ü Ən az vaxt itkisi - sifariş / məhsul tədarükü / qaimələmə / gün sonu əməliyyatları

ü Sahədən məlumatların anlıq olaraq mərkəzə çatdırılması

ü Avtomobildə qaimələmə ilə isti satış imkanı

ü Əl terminalı vasitəsilə məlumat girişi sayəsində azalan sənəd işi

ü Səhvsiz əməliyyatlar

ü Anbar təqibi

ü Doğru satış məlumatlarını əldə etmə

ü Təşviqi fəaliyyətləri planlaşdırma

ü Güclü analiz infrastrukturu

 

 

Sistemin təhvil – təslim olunması

ü Layihə müddəti başa çatdıqdan sonra müəyyən gün təyin edilir. Həmin gün ərzində proqram təminatının funkionallığı izlənilir. Layihə qiymətləndirilir, yekun rəy verilir və rəsmi olaraq layihənin yerinə yetirilməsi təsdiq edilir. Son olaraq təhvil-təslim aktı təqdim olunur.

 

ü Sonrakı proses üçün isə “davamlı dəstək xidməti” təklif olunur. Bu xidmət sayəsində istifadəçilərin proqramla bağlı çətinlikləri, yaradılmış xətalar, nasazlıqlar tez zamanda aradan qaldırılır.

 

Davamını oxu

Niyə biz?

Həll çeşidi
Demək olar ki, hər cür müəssisə üçün uyğun olan geniş çeşidli həllər
Çeviklik
Ən kiçik nüansları belə nəzərə almağa və konkret müştəri şirkətinin işinə tez uyğunlaşmağa imkan verən çeviklik.
Səmərəlilik
Əsas biznes proseslərinin avtomatlaşdırılması vasitəsilə maliyyə səmərəliliyini və dəqiqliyini artırın
Dəyişikliyə Uyğunlaşın
Real vaxt rejimində iş analitikası və çevik biznes prosesləri peşəkar xidmət müəssisələrinə sürətli və asanlıqla dəyişiklikləri izləməyə və reaksiya verməyə imkan verir.
Əməliyyat effektivliyi
CRM, e-ticarət və arxa ofis ERP-ni birləşdirən vahid, vahid platforma ilə parçalanmış məlumatları birləşdirin, prosedurları avtomatlaşdırın və xərclərə nəzarət edin.
Ölçülə bilən
Təşkilatınız daxilində innovasiyaları təşviq edən həll. İstifadəsi asan və istənilən vaxt, hər yerdə əlçatandır.

ERP həllərimiz

Anbar və Ticarət
Maliyyə Modulu
Mühasibat Modulu
Kiçik İstehsal İdarəetməsi (MRP I)
Böyük İstehsal İdarəetməsi (MRP II)
İnşaat İdarəetmə

Tərəfdaşlar