Böyük tədbirlər və forumlarda
iştirakçıları manual olaraq qeydiyyata almaq və biletlərini əl ilə göndərmək
təşkilatçılar üçün həm yorucu, həm də vaxt aparan bir prosesdir. Bu yanaşma
təkcə iş yükünü artırmaqla qalmır, həmçinin iştirakçılar arasında uzun növbələr
və narazılıq yarada bilər. Tədbir zalının girişində bilet yoxlanılması zamanı
əmələ gələn növbələr həm iştirakçılar, həm də təşkilatçılar üçün narahatlıq
yaradır. Bu səbəbdən, iştirakçılar üçün vaxt itkisi, təşkilatçılar üçün isə
məmnuniyyətin azalması qaçınılmaz olur.
Avtomatlaşdırılmış
Həll
Ebiletstore ilə bu ənənəvi, yorucu
prosesləri tamamilə avtomatlaşdıra bilirik. İstənilən tədbirin qeydiyyatı
başladıqda, platformamızda tədbir haqqında məlumatlar və qeydiyyat linki
yaradılır. İştirakçılar həmin link vasitəsilə bir neçə dəqiqə ərzində
qeydiyyatdan keçir və bir neçə saniyə sonra SMS və ya email vasitəsilə unikal
QR kodlu biletlərini alırlar. Tədbir zalına giriş zamanı bu QR kodu skan edərək
sürətli və asan şəkildə zala daxil ola bilirlər. Bu sistem vasitəsilə uzun
növbələrdən, yorucu qeydiyyat proseslərindən qurtulur, həm təşkilatçıların, həm
də iştirakçıların rahatlığını təmin edirik.
Asan
qeydiyyat prosesi
Ebiletstore ilə tədbir
təşkilatçıları sadə və rahat bir qeydiyyat prosesindən faydalanırlar. Qeydiyyat
sistemimiz təlimatlarla müşayiət olunaraq istifadəçilərə çox vaxt qazandırır.
İstifadəsi rahat olan interfeysi və sürətli qeydiyyat mexanizmi tədbirin
hazırlıq mərhələsini xeyli sadələşdirir. Bu sayədə tədbirin planlaşdırılması və
iştirakçıların qeydiyyatı artıq yorucu deyil.
Biletin
istəyə uyğun qiymətləndirilməsi
Biz müxtəlif ehtiyaclara uyğun çevik
bilet seçimləri təklif edirik. Təşkilatçılar pulsuz, ödənişli və erkən
qeydiyyat variantları arasında seçim edə bilirlər. Hər bir tədbirin
xüsusiyyətlərinə uyğun fərdi bilet modelləri yaratmaq imkanı tədbir
planlaşdırılmasında təşkilatçılara tam nəzarət verir. Beləliklə, hər bir iştirakçının
tələblərinə uyğun həllər təqdim etmək mümkündür.
Unikal
biletlər
İştirakçılar üçün unikal biletlər
yaradırıq, hansı ki, QR kodu vasitəsilə biletlər fərdiləşdirilə bilər. Bu
proses, tədbirə bir neçə dəfə girişin qarşısını alaraq təhlükəsizliyi təmin
edir. Hər bir biletin fərdi məlumatlarla zənginləşdirilməsi və müxtəlif giriş
qaydalarının müəyyən edilməsi həm təhlükəsizliyi artırır, həm də biletlərin
istifadəsini asanlaşdırır.
İştirakçıların
idarə olunması
Təşkilatçılar istənilən vaxt
iştirakçı məlumatlarını yeniləyə, əlavə edə və silə bilərlər. Bu, tədbirin
təşkil olunmasında çeviklik təmin edir və iştirakçıların idarə olunmasını
asanlaşdırır. Bundan əlavə, hesabatlar vasitəsilə iştirakçı statistikalarını və
tədbir haqqında məlumatları anlıq izləmək mümkündür, bu da tədbirin
effektivliyini artırır.
SMS
və mail inteqrasiyası
İştirakçılar üçün müvafiq
məlumatlar, biletlər və tədbirlə bağlı yeniliklər mail və SMS vasitəsilə
avtomatik olaraq göndərilir. Bu sistem, iştirakçılarla fasiləsiz əlaqə
saxlamağa və tədbir haqqında ən aktual məlumatları vaxtında çatdırmağa imkan
verir.