Bakı şəhəri, Nərimanov rayonu, Afen Plaza 3-cü mərtəbə

ErtAgro

Layihə haqqında məlumat

Konsept

ErtAgro Azərbaycanın ən böyük idxalçı və təchizatçı şirkətlərindən biri olaraq Ekvador, Türkiyə, BƏƏ, İran və Avropa ölkələrindən Azərbaycana subtropik meyvələrin idxalını, şəbəkə marketlərə təchizatını, bazarlarda topdan satışını həyata keçirir. Şirkətin əsas məqsədi sektorda Dünya standartlarını tətbiq etmək, keyfiyyətli, sağlam qida təchizatını təmin etməkdir.

“ErtAgro” şirkəti başlayan ERP layihəsi çərçivəsində ilk olaraq şirkətinin iş axışı analiz edilmiş, buna əsasən, tətbiq ediləcək proqram təminatının strukturu hazırlanmış, buna əsasən layihə start götürmüşdür. ERP tətbiqindən əvvəl müxtəlif proqram təminatlarından istifadə olunsa da, “Arter – ErtAgro” əməkdaşlığından sonra şirkətin bütün iş axışı vahid proqram təminatında cəmləndi. Layihə müddətində proqram təminatına kənd təsərrüfatı və topdan satış sektoruna uyğun funksionallıqlar tətbiq olunmuş, proqram təminatı tamamilə şirkətin iş axışına uyğunlaşdırılmışdır. Eləcə də, tələb olunmuş müxtəlif inteqrasiyalar da proqram təminatına tətbiq edilmişdir. Tətbiq olunmuş ERP funksionallıqlar isə aşağıdakı kimidir;
o Satış uçotu modulu
o Anbar uçotu modulu
o Maliyyə uçotu modulu
 o Mühasibat uçotu modulu
o Təchizat sisteminin tətbiqi
o Sifariş və satınalma modulu
 o Mağaza satış sisteminin tətbiqi
o Əməkhaqqı və bonuslar modulu
o Mobil satış platforması ilə inteqrasiya

ERP proqram təminatının qurulması ilə şirkətin dijital transformasiya prosesi başlamışdır. İnkişaf etmiş biznesin tam, əsaslı və dəqiq uçotunun qurulması üçün proqram təminatına əlavə yeniliklər tətbiq olunmuşdur. Beləcə, şirkətin strukturuna əsasən, mərkəzi proqram təminatı qurulmuşdur.

Ölkə olaraq, bizi sağlam qidalarla təmin etdiyinə görə ErtAgro şirkətinə təşəkkür edir, əməkdaşlığımızdan məmnunluq duyuruq.

×
1 / 1