Layihə haqqında məlumat
2018-ci ildən fəaliyyətə başlayan “Gallco Construction” müxtəlif iaşə obyektləri, mənzillər, binalar və yaşayış obyektlərinin tikintisi ilə ixtisaslaşmışdır. Şirkət ölkə daxili proyektlərlə yanaşı, qlobal və regional layihələri də həyata keçirmişdir. Layihələrin dayanıqlı və uğurlu olmasının səbəbi şirkətin keyfiyyətli məhsullar və əməliyyatlarla çalışmasıdır. “Gallco Construction” şirkəti ilə ilkin görüşdən sonra tətbiq ediləcək ERP proqram təminatının funksionallığı tərtib olunmuş, buna əsasən, danışıqlar davam etmişdir.
Şirkətlər arası qarşılıqlı razılaşmadan sonra layihə başlamış və şirkətin tələblərinə uyğun proqram təminatı qurulumu baş tutmuşdur. Modulyar olaraq, tətbiq olunmuş funksionallıqlar aşağdakı kimidir;
o Anbar uçotu modulu
o Maliyyə uçotu modulu
o Layihələrin idarə olunması modulu
o Təkliflərin və smetanın idarə olunması modulu
o Mühasibat uçotu modulu
o İnşaat idarəetmə modulu
Şirkət üçün tətbiq edilmiş proqram təminatı layihələrin gəlirliyini ölçməyə və daha operativ qərarlar qəbul etməyə imkan verir. Eyni zamanda şirkətin icraçı direktoru Novruz Qələndərov tərəfindən təqdim olunmuş xüsusi hesabatlar şablonları da şirkətimiz tərəfindən proqram təminatında öz əksini tapmış və şirkətin tələblərinə uyğunlaşdırılmışdır.
“Gallco Construction” qlobal arenada da ölkəmizi layiqincə təmsil etdiyinə və Azərbaycandakı keyfiyyətli proyektləri ərsəyə gətirdiyinə görə təşəkkür edir, əməkdaşlığımızdan məmnunluq duyuruq.