İnsan Resursları proqramı inzibati vəzifələri və işə qəbul prosesini sadələşdirmək, həmçini işçi qüvvəsi məlumatlarını mərkəzləşdirməklə şirkətlərdə mühüm əhəmiyyət daşıyır.
İnsan Resurslarının İdarəsi sahəsi üçün ERP- nin məqsədi, çox vaxt və enerji sərf etmədən İnsan Resursları proseslərini avtomatlaşdırmaq və sürətləndirməkdir. Əmək Məcəlləsinə tam uyğunlaşmış, bütün sorğulara operativ şəkildə cavab verən və əmək haqqı hesablanması prosesini də özündə cəmləyən, ERP qqproqram təminatının sayəsində İnsan Resurslarının planlanması daha rahat və güvənilir şəkildə həyata keçirilir. Bu proqram əməkdaşlarınızın məlumatlarının tutulması; məzuniyyət, ezamiyyə, bonus, toplu əmək haqqı hesablanması, sosial yardım və s. fəaliyyətlərinizi həyata keçirməyə və onları tək bir mərkəzdən idarə etməyə imkan verir. ERP proqram təminatı demək olar ki, hər bir sektorun iş prinsipinə uyğunlaşaraq, əməliyyatları daha sürətli və güvənli şəkildə həyata keçirməyə şərait yaradır. Bütün bu proseslərin avtomatlaşması sayəsində müəssisə vaxta, resursa və enerjiyə böyük ölçüdə qənaət edir.
Modullar:
Struktur
Müəssisə məlumatları əlavə olunandan sonra, müəsssisənin təsdiqlənən sonuncu təşkilatı strukturu proqrama daxil olunur və bu struktur üzərindən işçilər sistemə alınır.
İşçi məlumatlarının idarə olunması
İşçi məlumatları müvafiq şəkildə saxlanılır və tənzimlənir.
Hesabatlar
İstənilən hesabatın müştəri tələbinə uyğun olaraq istənilən formada alınması və Excelə transferi mümkündür.
İşçi sənədləri
Sənədlərin (müqavilə, əmr, protokol, ərizə və s.) avtomatik tərtib olunması, redaktəsi, və s. kimi proseslər proqram üzərindən aparılır.
Davamiyyət
İşçilərin turniket cihazlar əsasında giriş-çıxışının proqramda əks olunması və cihazların proqram üzərindən idarəsinə imkan yaradır. Həmçinin bu modulun imkanları sayəsində daxil olunan istehsalat təqvimi və əmrlər əsasında dəqiq tabel formalaşır və əmək haqqı hesablanması prosesində bu tabeldən istifadə olunur.
Təlim, imtahan, anket
İşçilərin təlim prosesinin idarə olunması, anketlərin keçirilməsi, imtahan suallarının və nəticələrinin proqrama əlavə olunması üçün istifadə olunan moduldur.
Əmək haqqı hesablanması
Hər bir işçinin tabel məlumatları əsasında bütün xüsusi hallar nəzərə alınaraq, əmək və vergi qanunvericiliyinə uyğun olaraq dəqiqələr içində dəqiq əmək haqqı hesablanır.
İşçi portalı
İşçilərin avans, məzuniyyət, təlim və s. tələblərinin idarəsi və digər bütün məlumatlarına baxmasına imkan yaradan moduldur.
Parametrlər
Bu hissədən userlərə modullar üzrə səlahiyyət vermək, turniket cihazı və proqram sazlamaları etmək mümkündür.